BİZNES

09 Oktyabr

ABŞ 2025-ci ildə qlobal maye karbohidrogen istehsalının artımı ilə bağlı proqnozunu sutkada 330 min barel artırıb.

Finss.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, qlobal maye karbohidrogen hasilatı 2025-ci ildə sutkada 2,68 milyon barel artaraq 105,87 milyon barel olacaq.

Bir ay əvvəl agentlik qlobal tədarük artımının sutkada 2,35 milyon barel olacağını proqnozlaşdırmışdı. Bu təxmin sutkada 330,000 barel artırılıb.

EIA 2024-cü ildə qlobal maye karbohidrogen hasilatı üzrə təxminini sutkada 103,19 milyon barel səviyyəsində saxladı və 2025-ci il üçün proqnozunu sutkada 105,54 milyon bareldən 105,87 milyon barelə, 2026-cı il üçün isə sutkada 106,64 milyon bareldən 107 milyon barelə yüksəldib.

Beləliklə, gələn il amerikalı analitiklərin hesablamalarına görə, qlobal tədarük sutkada 1,3 milyon barel artacaq (sentyabr təxmini: 1,1 milyon barel).